15:05 14-04-2021
news_image
225
FUTBOL

Ən təcrübəliləri - Premyer Liqamızın

Azərbaycan Premyer Liqasının 5 ən təcrübəli futbolçusu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, cari mövsüm meydana çıxan, ölkə çempionatında ən çox oyun keçirən futbolçu Rahid Əmirquliyevdir.

Hazırda “Səbail”də çıxış edən yarımmüdafiəçi mövsümün ən təcrübəli futbolçusudur. Hələ də oynadığı klubda əsas heyət üzvü olan Rahidin ən yaxın izləyiciləri Elvin Məmmədovla Rail Məlikov əsasən sonradan meydana daxil olur. 

İlk “beşlik”də Rahid kimi daha iki kapitan yer alıb. Bunlar Vurğun Hüseynovla Maksim Medvedevdir.

1. Rahid Əmirquliyev (Səbail) - 412
2. Elvin Məmmədov (Sumqayıt) – 331
3. Rail Məlikov (Keşlə) – 328
4. Vurğun Hüseynov (Sumqayıt) – 325
5. Maksim Medvedev (Qarabağ) - 319