20:57 14-04-2021
news_image
137
FUTBOL

Yığmamızda istedadların yer aldığını dedi – yunan mütəxəssis

“Azərbaycan millisinin güclü komanda olduğunu bilirdik”.

Apasport.az saytının məlumatına görə, bu sözləri Yunanıstan milli komandasının baş məşqçisi Giannis Ziavas deyib.

Ellada təmsilçisinin çalışdırıcısı AVRO-2022-nin seçmə mərhələsinin Azərbaycan yığması ilə matçı barədə fikirlərini açıqlayıb: “Çünki bu komandanın heyətində istedadlı, fərdi oyun keyfiyyətlərinə görə seçilən futzalçılar yer alıb. Biz də çalışdıq öz oyunumuz oynayaq, tamaşaçılar meydanda baxımlı futzal izləsinlər. Bacardığımızı etdik. Təbii ki, bu cür oyunlar bizim təcrübə toplamağımız baxımından vacib idi. Avropa çempionatının final mərhələsində Azərbaycan millisinə uğurlar arzulayırıq”.