10:04 15-04-2021
news_image
97
FUTBOL

Millimiz istefaya göndərə bilər – baş məşqçini

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan İrlandiya yığmasında baş məşqçi Stefan Kenninin postu laxlayıb.

Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, çalışdırıcı mayın 6-da İrlandiya Futbol Assosiasiyasına hesabat verəcək.

Komandanın qrupda ilk iki oyundakı məğlubiyyətinə baxmayaraq, qurum 50 yaşlı mütəxəssisə daha bir şans vermək qərarına gəlib. Kenni seçmə mərhələ çərçivəsində sentyabrda keçiriləcək daha 3 matçda sükanı arxasına olacaq. Lakin uğursuzluq həmin oyunlarda da davam edərsə, assosiasiya onu istefaya göndərəcək.

Qeyd edək ki, sentyabrın 1-də Portuqaliyanın qonağı olacaq İrlandiya yığması həmin ayın 4-də Azərbaycanı, 7-də isə Serbiyanı qəbul edəcək.