10:26 15-04-2021
news_image
66
FUTBOL

Qalib gələ bilmədiyi komanda - “Real”ın

Çempionlar Liqasının yarımfinal mərhələsində “Çelsi” ilə görüşəcək “Real” heç vaxt rəqibinə qalib gəlməyib.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu ispaniyalılar üçün tarixinin ən münasib olmayan rəqiblərindən biri sayılır.

İndiyədək iki klub arasında cəmi 3 avrokubok görüşü baş tutub. Çempionlar Liqasında ilk dəfə üz-üzə gələcək komandalar Kuboklar kuboku və Superkubokda münasibətlərini ayırd edib. Hər iki halda qalib gələn London klubu kuboka sahib olub.

1971-ci ildə “Çelsi” və “Real” Kuboklar kubokunun finalında üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Həmin vaxt penaltilər seriyası tətbiq edilmədiyindən iki gün sonra təkrar matç təşkil olunub. İngiltərəlilər 2:1 hesablı qələbə ilə kuboku başı üzərinə qaldırıb.

1998-ci ildə Superkubokun taleyini “Çelsi”nin vurduğu bir qol həll edib. Beləliklə, londonlular “Real”la 3 rəsmi matçda 2 qələbə və 1 heç-heçə əldə edib.