10:36 15-04-2021
news_image
284
TOKİO-2020

Ləğv oluna bilər – Tokio-2020

Tokio Yay Olimpiya Oyunlarının tamamilə ləğv edilməsi gündəmə gəlib.

Apasport.az saytının məlumatına görə, bunu Yaponiyanın hakimiyyətdə olan Liberel-demokratik partiyasının baş katibi Tosihiro Nikai açıqlayıb.

O bildirib ki, koronavirusla bağlı ölkədəki vəziyyət pisləşərsə, Olimpiya Oyunlarının ləğvi hadisələrin inkişaf variantlarından biri olacaq: “Əgər yarışların təhlükəsiz keçirilməsi mümkünsüzdürsə, turnir ləğv olunmalıdır. Yarışın təşkili infeksiyanın yayılması ilə nəticələnəcəksə, Olimpiadanın mənası nədir? Bu mərhələdə biz qərar qəbul etməli olacağıq”.

Qeyd edək ki, ötən il keçirilməli olan Olimpiya Oyunları koronavirus səbəbindən təxirə salınıb və iyulun 23-dən avqustun 8-dək keçirilməlidir.