11:10 15-04-2021
news_image
397
FUTBOL

Çempionlar Liqasının “3-lüy”ündə - “Qarabağ”

Çempionlar Liqasında bir oyunda ən çox kobudluğa məruz qalan futbolçuların adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, komandasına bu turnirdə ən çox cərimə zərbəsi qazandıran futbolçu Lionel Messi və Kristian Pulişiçdir.

“Barselona”nın kapitanı 2010/11 mövsümünün yarımfinalında “Real”la, “Çelsi”nin yarımmüdafiəçisi isə iki gün əvvəl 1/4 final mərhələsinin “Porto” ilə cavab qarşılaşmasında 11 dəfə kobudluğa məruz qalıb.

Rekordçuları 9 cərimə zərbəsi ilə Neymar və Aleksandar Kolarov izləyir. Maraqlıdır ki, ikinci 2017/18 mövsümündə “Roma”nın heyətində Azərbaycan təmsilçisi “Qarabağ”la görüşdə 9 dəfə kobudluqla dayandırılıb.

1. Kristian Pulişiç (“Çelsi”): 2021-ci il, “Porto”ya qarşı – 11 kobudluq
Lionel Messi (“Barselona”): 2011-ci il, “Real”a qarşı - 11
3. Aleksandar Kolarov (“Roma”): 2017-ci il, “Qarabağ”a qarşı - 9
Neymar (PSJ): 2020-ci il, “Atalanta”ya qarşı - 9
5. Neymar (PSJ): 2018-ci il, “Srvena Zvezda”ya qarşı - 8
Neymar (PSJ): 2018-ci il, “Srvena Zvezda”ya qarşı - 8
Neymar (“Barselona”): 2017-ci il, PSJ-yə qarşı - 8
Kafu (“Ludoqorets”): 2016-cı il, “Bazel”ə qarşı - 8
Kafu (“Ludoqorets”): 2016-cı il, “Bazel”ə qarşı - 8