11:59 15-04-2021
news_image
71
FUTBOL

Premyer Liqa klublarına test üçün pul ödədi - AFFA

AFFA Azərbaycan Premyer Liqasında çıxış edən klublara pul vəsaiti ödəyib.

Apasport.az saytının məlumatına görə, bu ödəniş COVİD-19 pandemiyası ilə əlaqədar klubların məşqçi və futbolçu heyətinin AFFA-nın tibbi protokoluna uyğun olaraq müvafiq testlərdən keçirilməsi, ehtimal olunan yoluxmaların qarşısının alınması üçün sanitar-gigiyenik prosedurlara riayət olunması prosesinin dəstəklənməsi və sürətləndirilməsi məqsədi ilə həyata keçirilib.

AFFA tərəfindən hər bir Premyer Liqa klubuna növbəti dəfə 15 min manat maliyyə vəsaiti köçürülüb. 2020/21 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edən klublara COVİD-19 pandemiyası ilə bağlı, ümumilikdə 328 min manat maliyyə vəsaiti dəstək olaraq ödənilib.