12:29 15-04-2021
news_image
1084
FUTBOL

Ukrayna Premyer Liqasından təklif – Azərbaycan millisinin futbolçusuna

Azərbaycan millisinin futbolçusu Rəhim Sadıxov yenidən ölkə xaricində çıxış edə bilər.

Apasport.az saytının əldə etdiyi məlumata görə, “Sumqayıt”ın yarımmüdafiəçisinin Ukraynada legioner həyatı yaşamaq ehtimalı yaranıb.

Çünki milliləşdirilmiş Rusiya əsilli pleymeyker “Kolos”un diqqət mərkəzindədir. Ukrayna Premyer Liqasının təmsilçisi Moskva “Spartak”ının yetirməsini mövsümün sonunda heyətinə qatmağı planlaşdırır. 25 yaşlı futbolçu kovalyovkalılarla ortaq məxrəcə gəlsə, ora azad agent kimi yollanacaq. Çünki Sadıxovun “Sumqayıt”la müqavilə müddəti mövsümün sonuna qədərdir.

Ancaq oyunçunun “Qarabağ”, “Neftçi”, “Sabah” və “Zirə” kimi klubların da transfer siyahısında olması “Kolos”un işini çətinləşdirən amildir.

Qeyd edək ki, “Sumqayıt”a 2019-cu ilin yayında Moskva “Torpedo”sundan keçən Rəhim Sadıxov ötən ildən Azərbaycan millisinə dəvət alır.