14:43 15-04-2021
news_image
170
FUTBOL

“Milan”la razılaşmır, “Yuventus”a keçir - Donnarumma

“Milan”ın hücumçusu Canluici Donnarumma “Yuventus”a keçə bilər.

Apasport.az saytının məlumatına görə, “qoca sinyora” gənc qolkiperi yayda heyətinə qatmağı planlaşdırır.

22 yaşlı oyunçunun meneceri Mino Rayola turinlilərin idman direktoru Fabio Paratiçi ilə görüşüb, mümkün keçidi müzakirə edib. İtaliya millisinin üzvü mövsümün sonuna qədər olan müqavilə müddətini yeniləməyə yaxın durmur. Çünki “Milan” illik 8 milyon avroluq maaşdan artığını vermək iqtidarında deyil. Ancaq Canluicinin tələbi 12 milyondur. Bu məbləği isə “Yuve” qarşılamağa hazırdır.

Qeyd edək ki, Canluici Donnarumma 2015-ci ildən “Milan”ın formasını geyinir.