14:56 15-04-2021
news_image
183
FUTBOL

7 klub prezidentin istefasını tələb edir – İtaliyada

İtaliya A seriyasının prezidenti Paolo dal Pino vəzifəsindən istefa verə bilər.

Apasport.az saytının məlumatına görə, çempionatın 7 iştirakçısı onun işindən narazılığını bildirib.

Konkret olaraq “İnter”, “Yuventus”, “Napoli”, “Latsio”, “Atalanta”, “Fiorentina” və “Verona” liqanın marketinq fəaliyyətlərinə və televiziya hüquqları gəlirlərinin bölüşdürülməsinə rəsmi etirazlarını bildiriblər.

Adıçəkilən klublar pandemiya şəraitində itki verdikləri və A seriyası rəhbərliyinin mövcud vəziyyətdə liqanın optimal fəaliyyətini təşkil edə bilmədiyi üçün məhkəmə yolu ilə təzminat tələb etmək niyyətində olduqlarını bəyan ediblər.