22:03 15-04-2021
news_image
281
FUTBOL

Açar ötürmə “kral”ları – Messi zirvədən uzaqda

Açar ötürmə bir futbolçunun komanda yoldaşlarını qol epizoduna çıxaracağı an sayılır.

Apasport.az saytının məlumatına görə, məhz bu cür ötürmələr komandaya qol vurmaq imkanı yaradır.

UEFA reytinqində ilk 9 sırada yer alan çempionatlarda da cari mövsüm ən çox açar ötürmə verən futbolçuların adları açıqlanıb. Hər liqanın ən yaxşısının yer aldığı cədvələ Türkiyə Super Liqasının açar ötürmələrdəki “kral”ını da əlavə etdik.

1. Duşan Tadiç - 107 açar ötürmə
Niderland Erediviziyasında 14 qol, 13 assist

2. Xavyer Mersyer – 97
Belçika Pro Liqasında 10 qol, 15 assist

3. Bruno Fernandeş - 87
İngiltərə Premyer Liqasında 16 qol, 11 assist

4. Memfis Depay – 82
Fransa Liqa1-də 16 qol, 9 assist

5. Tomas Müller – 78
Almaniya Bundesliqasında 10 qol, 16 assist

6. Hakan Çalhanoğlu – 78
İtaliya A seriyasında 2 qol, 9 assist

7. Caner Erkin – 75
Türkiyə Super Liqasında 8 assist

8. Nikola Vlaşiç – 67
Rusiya Premyer Liqasında 11 qol, 5 assist

9. Lionel Messi – 65
İspaniya La Liqasında 23 qol, 10 assist

10. Xesus Korona – 64
Portuqaliya Premyer Liqasında 2 qol, 7 assist