22:39 15-04-2021
news_image
148
FUTBOL

Futboldakı “cırtdanlar” - SİYAHI

Dünyanın ən bəstəboy futbolçularının siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, oyunçu karyerasını davam etdirənlərin yer aldığı “10-luq”da iki lider var.

Bunlar braziliyalı Eltonla polşalı Marçin Qaruçdur. “Cırtdan”ların ilk “onluğ”unda ən hündürboy futbolçu 159 sm boya malikdir.

1-2. Elton (Reqatas, Braziliya) – 154 sm
1-2. Marçin Qaruç (Medz, Polşa) – 154 sm
3. Xiroto Nakaqava (Senon Belmare, Yaponiya) – 155 sm
4. Nauel Barrios (San-Lorenso, Argentina) – 156 sm
5-8. Yeferson Seteldo (Santos, Braziliya) – 158 sm
5-8. Daniel Vilyalva (Verakrus, Meksika) – 158 sm
5-8. Kristian Teçera (Belqrano, Argentina) – 158 sm
5-8. Çanatxip Sonqrasin (Sapporo, Yaponiya) - 158 sm
9-10. Edinyo (Fortaleza, Braziliya) – 159 sm
9-10.Maksimiliano Morales (Nyu-York Siti, ABŞ) – 159 sm