17:54 15-04-2021
news_image
108
FUTBOL

Oyunlarında ən çox vaxt itkisi olan liqalar – Türkiyə Super Liqası zirvədə

Avropada oyunlar zamanı hər cərimədən sonra itirilən vaxt açıqlanıb.

Apasport.az saytının məlumatına görə, CİES futbol observatoriyası milli çempionatındakı matçlarda hər kobudluqdan sonra orta hesabla görüşün nə qədər dayandırıldığını hesablayıb.

Bu baxımdan ən yüksək göstəriciyə Türkiyə Super Liqa malikdir. Qardaş ölkənin yüksək liqasında cari mövsüm orta hesabla hər hakim fitindən sonra 35,1 saniyə vaxt itkisi olub. İkinci yerdə İspaniya La Liqası qərarlaşıbsa, ilk “üçlüy”ü La Liqa-2 qapayır.

Bu səbəbdəndir ki, Türkiyə Super Liqasında hər matça orta hesabla 9 dəqiqə əlavə olunur.

Hər hakim fitindən sonra ən çox vaxt itkisi olan liqalar:
1. Türkiyə Super liqası – 35,1 saniyə
2. İspaniya La Liqası – 34,9
3. İspaniya La Liqa-2 – 34,7
4. İngiltərə Çempionşipi – 33,9
5. İngiltərə Premyer Liqası – 33,9
6. Fransa Liqa1 – 33,3
7. Yunanıstan Super Liqası – 33,1
8. İtaliya A seriyası – 32,4
9. Fransa Liqa2 – 32,3
10. Portuqaliya Premyer Liqası – 32,2

Qeyd edək ki, araşdırma reytinqdə ən yüksək 30 ölkənin liqaları üzərində aparıldığından, Azərbaycan Premyer Liqası bura düşməyib.