09:23 16-04-2021
news_image
85
FUTBOL

İlin ən yaxşı hücum oyunçuları – Ronaldo “10-luq”dan kənarda

“FourFourTwo” nəşri 2021-ci ilin ən yaxşı hücum oyunçularının adlarını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, “10-luğ”a PSJ-nin hücumçusu Neymar başçılıq edir.

Reytinqdə ikinci sıranı “Barselona”nın kapitanı Lionel Messi tutur. İlk “üçlüy”ü Neymarın komanda yoldaşı Kilian Mbappe qapayır. “Yuventus”un forvardı Kriştianu Ronaldo isə ən yaxşı hücum oyunçuları sıralamasında ilk “10-luğ”a düşə bilməyib.

1. Neymar (PSJ)
2. Lionel Messi (“Barselona”)
3. Kilian Mbappe (PSJ)
4. Məhəmməd Salah (“Liverpul”)
5. Cedon Sanço (“Mançester Siti”)
6. Fil Foden (“Mançester Siti”)
7. Serge Qnabri (“Bavariya”)
8. Son Xın Min (“Tottenhem”)
9. Rahim Sterlinq (“Mançester Siti”)
10. Markus Reşford (“Mançester Yunayted”)

Qeyd edək ki, reytinq tərtib edilərkən mərkəz hücumçuları nəzərə alınmayıb.