22:12 16-04-2021
news_image
725
FUTBOL

“Sumqayıt” “Qəbələ”ni məğlub etdi - “Qarabağ” büdrədi

Bu gün Azərbaycan Premyer Liqasında XXIII tura start verilib.

Apasport.az saytının məlumatına görə, turun ilk günündə iki qarşılaşma keçirilib.

Hər iki matç ilk hissədə zədələnən futbolçuların məcburiyyətdən əvəzlənməsi ilə əlamətdar olub.

Turun ilk görüşü “ASCO Arena”da təşkil olunub. Premyer Liqanın lideri və son çempion “Qarabağ” autsayderlər qrupunda yer alan “Səbail”i sınağa çəkib. Matçın əvvəlində Filip Ozobiçlə Şahruddin Məhəmmədəliyevi itirən Ağdam təmsilçisi görüşdən də 2 xal itkisi ilə ayrılıb.

Günə Sumqayıtda yekun vurulub. Turnir cədvəlindəki qonşuların duelində “Qəbələ” - “Sumqayıt” matçında meydan sahibləri Camaləddin Xocaniyazovu, qonaqlar Asif Məmmədovu fasiləyədək itirib. Matçın taleyi isə ikinci hissədə həll olunub. Ev oyununda qalib gələn “Sumqayıt” mövsümdə ilk dəfə “Qəbələ”ni məğlub edib.

Qeyd edək ki, tura sabah keçiriləcək “Keşlə” – “Sabah” və “Neftçi” – “Zirə” oyunları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
XXIII tur
16 aprel (cümə)
18:00. “Səbail” – “Qarabağ” - 1:1
Qollar:
Amil Yunanov, 37 (pen.) - Uroş Matiç, 42
Baş hakim: Əliyar Ağayev
“Səbail”: 96. Nikolas Hagen, 17. Elçin Rəhimli, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 29. Amil Yunanov, 9. Florian Kadriu, 19. Luka İmnadze, 4. Ali Sisey, 3. Turan Manafov, 77. Ədilxan Qarəhmədov
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 12. Şahin Zəkiyev, 26. Kamal Qurbanov, 7. Mirsayib Abbasov, 11. Rauf Əliyev, 22. Əfran İsmayılov, 27. Hendrik Ekşteyn, 20. Ruslan Hacıyev, 44. Şamil Cəfərov, 38. Zeynəddin Abdurahmanov
Baş məşqçi: Aftandil Hacıyev
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 4. Rahil Məmmədov, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 7. Kvabena Ovusu, 81. Kevin Medina, 6. Patrik Andrade, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 9. Xayme Romero, 8. Uroş Matiç, 66. Cavid Bayramov, 21. Rauf Hüseynli, 99. Hüseyn Hüseynzadə, 29. Zamiq Əliyev, 83. Nihad Quliyev
Baş məşqçi: Qurban Qurbanov
“ASCO Arena”
 
20:15. “Sumqayıt” –“Qəbələ” - 2:0
Qollar:
Rəhim Sadıxov, 66, Əli Qurbani, 75
Baş hakim: Vüqar Həsənli
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 60. Elvin Məmmədov, 7. Tellur Mütəllimov, 5. Camaləddin Xocaniyazov, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 18. Süleyman Əhmədov
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 3. Vurğun Hüseynov, 33. Eltun Turabov, 22. Cavid İmamverdiyev, 78. Dmitro Nağıyev, 21. Cabir Əmirli, 11. Mehdi Şərifi, 17. Murad Xaçayev, 30. Nəbi Məmmədov, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə
Baş məşqçi: Ayxan Abbasov
“Qəbələ”: 1. Anar Nəzirov (k), 11. Asif Məmmədov, 28. Murad Musayev, 6. Kamal Mirzəyev, 32. Nikolas Raysel, 13. Yurgen Qoxa, 26. Stefan Vukçeviç, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 10. Rövlan Muradov, 71. Rüfət Əhmədov
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Rasim Ramaldanov, 74. Yusif Nəbiyev, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 9. Ehtiram Şahverdiyev, 14. Cavid Hüseynov, 17. Yaovi Akakpo, 20. Faiq Hacıyev, 55. İdris İnqilablı, 27. Mehrac Baxşalı
Baş məşqçi: Elmar Baxşıyev
“Kapital Bank Arena”

1

Qarabağ

23

13

8

2

52-16

47

2

Neftçi

22

13

4

5

32-23

43

3

Sumqayıt

23

8

8

7

28-28

32

4

Zirə

22

7

11

4

24-21

32

5

Qəbələ

23

5

9

9

20-33

24

6

Səbail

23

4

9

10

20-34

21

7

Sabah

22

5

5

12

20-29

20

8

Keşlə

22

3

10

9

21-33

19

Bombardir: Namiq Ələsgərov ("Neftçi") - 14 qol.