09:57 16-04-2021
news_image
84
FUTBOL

Mövsümü başa vurdu – “Mançester Yunayted”in hücumçusu

“Mançester Yunayted”in hücumçusu Antoni Marsial mövsümü başa vurub.

Apasport.az saytının məlumatına görə, bunu “qırmızı şeytanlar”ın baş məşqçisi Ole Qunnar Sulşer deyib.

Çalışdırıcı bildirib ki, DÇ-2022-nin seçmə mərhələsində Qazaxıstanla görüşdə (2:0) zədələnən fransalı ön xətt oyunçusunun durumu ciddidir: “Təəssüf ki, Marsialın dizində zədəsi var. Antoni böyük ehtimalla mövsümün sonuna qədər bizimlə olmayacaq. Bu çox məyusedicidir”.

Qeyd edək ki, Antoni Marsial cari mövsüm “Mançester Yunayted”in heyətində 36 oyunda 7 qol vurub.