10:08 16-04-2021
news_image
177
FUTBOL

Gözü İtaliya bazarında - “Atletiko”nun

İspaniyanın “Atletiko” klubunun transfer siyahısında yer alan futbolçulardan ikisinin adı bəlli olub.

Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi diqqətini İtaliya transfer bazarına yönəldib.

“Atletiko”nun əsas hədəfi “Yuventus”un yarımmüdafiəçisi Nikolo Rovelladır. Klub rəhbərliyi hazırda “Cenoa”da icarədə olan futbolçu İspaniya klubunu gücləndirə biləcəyi qənaətindədir.

“Udineze”nin müdafiəçisi Nauel Molinada La Liqa təmsilçisinin hədəfindədir. Ötən il “Boka Xuniors”dan azad agent kimi keçən argentinalı arxa xətti gücünə güc qatmalıdır.

Qeyd edək ki, Rovella 4, Molina 5 milyon avro ilə dəyərləndirilir.