12:43 16-04-2021
news_image
106
FUTBOL

Messinin qərar verdiyini açıqladı – “Barselona”nın əfsanəsi

“Barselona”nın əfsanəvi qapıçısı Andoni Zubizarreta komandanın kapitanı Lionel Messinin qalacağına ümid edir.

Apasport.az saytının məlumatına görə, sabiq qolkiper argentinalının gələcəyi ilə bağlı qərarını verdiyini düşünür.

O hesab edir ki, İspaniya Kral Kubokunun final matçının bu qərara ciddi təsir etməyəcək: “Messi düşünmək və qərar vermək hüququna malikdir. Prezident onu saxlamaq üçün əlindən gələni edəcəyini açıqlayıb. Leo davam etməsə, yeni 10 nömrə lazım olacaq. Fikrimcə, Messi qərarını verib. İspaniya Kral Kubokunun finalındakı nəticənin təsiri ola bilər. Amma bunun həlledici olacağını zənn etmirəm”.

Qeyd edək ki, Lionel Messinin “Barselona” ilə müqavilə müddəti mövsümün sonuna qədərdir.