13:13 16-04-2021
news_image
118
FUTBOL

6-sı gedəcək, 8-i toxunulmazdır – “Real”da

“Real” mövsümün sonunda yeni transferlərə vəsait toplamaq üçün bir neçə futbolçusu ilə yollarını ayıracaq.

Apasport.az saytının məlumatına görə, “kral klubu” yola salacağı bəzi oyunçuları artıq müəyyənləşdirib.

Konkret olaraq Marselo, İsko və Qaret Beyl yüksək maaşları səbəbindən azad agent statusu alacaqlar. Rəhbərlik eyni zamanda Alvaro Odriosola, Luka Yoviç və Mariano Diazı da transferə çıxaracaq.

Onlardan fərqli, Vinisyus Junior, Federiko Valverde, Martin Edeqor, Rodriqo komandanın gələcəyi hesab edilirlər. Həmçinin Tibo Kurtua, Kasemiro, Toni Kroos və Kərim Benzema toxunulmaz sayılır.

Qeyd edək ki, Çempionlar Liqasında yarımfinala yüksələn “Real” La Liqada 21 turdan sonra 66 xalla ikinci pillədə qərarlaşır.