15:25 16-04-2021
news_image
106
FUTBOL

Futbolçularını dəyişir - “Yuventus”la “Çelsi”

İtaliyanın “Yuventus” klubu ilə İngiltərə “Çelsi”si futbolçularını dəyişmək niyyətindədir.

Apasport.az saytının məlumatına görə, müdafiəçi Aleks Sandro yayda Londona yollana bilər.

Razılıq əldə olunsa, onun əvəzində Emerson isə Turin klubuna keçəcək. Amma “Çelsi” əlavə pul da ödəməlidir.

Çünki Emersonla müqayisədə Sandronun qiyməti iki dəfə ucuzdur. Sonuncunun keçidində “Çelsi”nin baş məşqçisi Tomas Tuxel maraqlıdır. Almaniyalı hələ PSJ-də işlədiyi vaxt futbolçunu komandasında görmək fikrində idi.

Qeyd edək ki, cari mövsümdə Emerson 2, Sandro 18 oyun keçirib.