16:20 18-04-2021
news_image
170
FUTBOL

Braziliyalının Azərbaycan rekordu – millidə

Azərbaycan millisində ən yüksək məhsuldarlığa malik futbolçular müəyyənləşib.

Apasport.az saytının tərtib etdiyi cədvəldə ən azı 10 matç keçirən oyunçular yer alıb.

Çünki az sayda oyuna çıxan və qol vuranların öndə yer almaq ehtimalı yaranır. Bu da tam obyektivliyi əks etdirmir.

Yığmada 10 və daha çox qarşılaşmada daha yüksək məhsuldarlıq göstərən isə Fabio Luis Ramimdir. Milliləşən braziliyalı orta hesabla 0,250 dəfə fərqlənib.

Yığma tarixinin bombardiri Qurban Qurbanov yalnız 4-cü pillədə yer alıb. O, Nazim Süleymanovla Rüfət Dadaşovdan da geri qalır.

1. Fabio Luis Ramim – 0,250 (16 oyunda 4 qol)
2-3. Nazim Süleymanov – 0,208 (24 oyunda 5 qol)
2-3. Rüfət Dadaşov – 0,208 (16 oyunda 4 qol)
4. Qurban Qurbanov – 0,206 (68 oyunda 14 qol)
5. Elvin Məmmədov – 0,189 (37 oyunda 7 qol)
6. Dmitri Nazarov – 0,186 (43 oyunda 8 qol)