16:32 16-04-2021
news_image
168
FUTBOL

Müqaviləsi uzadılır - Benzemanın

İspaniyanın “Real” klubu futbolçusu Kərim Benzema ilə müqaviləni uzatmağa yaxındır.

Apasport.az saytının məlumatına görə, 33 yaşlı hücumçuya yeni anlaşma təklif olunub.

Onun hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatacaq. Təklif daha bir mövsümü əhatə edir. Tərəflərin cari mövsümün sonunadək bu anlaşmanı rəsmiləşdirəcəyi gözlənilir.

Qeyd edək ki, Madrid təmsilçisi bunadək Luka Modriçlə müqaviləni uzatmaq barədə də razılıq əldə edib.