19:55 16-04-2021
news_image
660
FUTBOL

“Qarabağ” Avropada! - medallar təmin olundu

“Qarabağ” Azərbaycan Premyer Liqasının mükafatını və avrokuboklara vəsiqəni təmin edib.

Apasport.az saytının məlumatına görə, bu, XXIII turun bu gün keçirilən ilk oyunundan sonra rəsmiləşib.

“Səbail”lə 1:1 hesablı bərabərə qalan Qurban Qurbanovun yetirmələri xal hesabını 47-yə çatdırıb. Bununla da son illərin dəyişməz çempionu ilk “üçlük”də yerini təmin edib.

Buna səbəb 4-cü pillədəki “Sumqayıt”la xal fərqinin 18-ə yüksəlməsidir. “Qarabağ” 6 oyunu qalan “gənclik şəhəri” təmsilçisi üçün əlçatmaz olub. Sonuncular isə liderdən belə uzaq düşdüyündən çempionluq şansını itirib.

"Sumqayıt" bundan sonrakı bütün görüşlərdə qalib gəlib xalları bərabərləşdirsə belə, “Qarabağ” şəxsi oyunlarda üstündür – 2:2, 6:1, 0:0, 4:1.