16:50 16-04-2021
news_image
104
FUTBOL

“Neftçi” – “Zirə” matçının hakimi açıqlandı - XXIII turda

Azərbaycan Premyer Liqasında XXIII turun daha iki matçının təyinatları müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, PFL aprelin 17-də baş tutacaq görüşləri idarə edəcək hakimlərin adlarını açıqlayıb.

Turun mərkəzi oyunu sayılan “Neftçi” – “Zirə” qarşılaşmasında Rauf Cabarov ədalət təmsilçisi olacaq. “Keşlə” ilə “Sabah”ın duelində isə Elçin Məsiyev fit çalacaq.
 

Azərbaycan Premyer Liqası

XXIII tur

17 aprel (şənbə)

18:00. “Keşlə” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəhim Həsənov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASK Arena”

20:15. “Neftçi” – “Zirə”
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Vüqar Bayramov, Səbuhi Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: İlham Əliyev
“Bakcell Arena”