17:12 16-04-2021
news_image
102
FUTBOL

Nəhənglərin diqqət mərkəzində - millimizin rəqibi

“Fiorentina”nın müdafiəçisi Nikola Milenkoviç iki nəhəng klubun diqqət mərkəzinə düşüb.

Apasport.az saytının məlumatına görə. “Milan” və “Mançester Yunayted” 23 yaşlı oyunçunun transferində maraqlıdır.

Florensiya təmsilçisi DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqiblərindən olan Serbiya yığmasının formasını geyinən mərkəz müdafiəçisini sərfəli qiymətə satmağın əleyhinə deyil. “Fiorentina” onun gedişindən minimum 38 milyon avro gəlir əldə etməyi planlaşdırır.

Qeyd edək ki, Nikola Milenkoviçin “Fiorentina” ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.