17:54 16-04-2021
news_image
120
FUTBOL

İtaliyada gözləyirlər – PSJ-nin müdafiəçisini

Fransanın PSJ klubunun futbolçusu Alessandro Florentsi karyerasını vətəni İtaliyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, sağ cinah müdafiəçisi “İnter”in maraq dairəsinə düşür.

Milan təmsilçisi futbolçunu yay transfer pəncərəsində heyətinə qatmaq istəyindədir. Parislilər ötən ilin sentyabrında “Roma”dan icarəyə götürdüyü italiyalını 9 milyon avroya transfer etmək hüququna malikdir.

Amma Fransa çempionu hələ də müqavilədəki bu bəndi aktivləşdirməyib. “İnter” də bunun baş verməməsini gözləyir ki, 30 yaşlı futbolçunu transfer etmək niyyətindədir.

Qeyd edək ki, Florentsi cari mövsümün 29 oyununda 2 qol vurub.