10:30 17-04-2021
news_image

Ağası Məmmədovun ailəsində ağır itki

Boks üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisinin məşqçisi Ağası Məmmədova ağır itki üz verib.

Apasport.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Boks Federasiyası yayıb.

Bildirilib ki, dünya çempionunun atası Ağagül Məmmədov 72 yaşında vəfat edib. Federasiya Ağagül Məmmədovun vəfatından kədərləndiyini bildirib, mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verib.

Allah rəhmət eləsin!