11:12 17-04-2021
news_image
256
FUTBOL

“İstəməzdim belə olsun” – Amil Yunanovdan reaksiya

Azərbaycan Premyer Liqasının XXIII turunda “Səbail”lə qarşılaşmada başından xəsarət alaraq əvəzlənən “Qarabağ”ın qapıçısı Şahrudin Məhəmmədəliyev instaqram səhifəsi vasitəsilə paylaşım edib.

Apasport.az saytının məlumatına görə, milli komandamızın qolkiperi səhhətinin yaxşı olduğunu bildirib.

27 yaşlı qapıçı paylaşımında bunları yazıb: “Çox şey demək istərdim. Sizin düşündüyünüzdən daha güclüyük. Allaha həmd olsun!”.

Matçın 26-cı dəqiqəsində toqquşma nəticəsində Məhəmmədəliyevin zədələnməsinə səbəb olan “Səbail”in hücumçusu Amil Yunanov da sosial şəbəkə vasitəsilə hadisəyə münasibət bildirib: “Allah köməyin olsun, qardaş. İstəməzdim belə olsun. İnşallah, tez sağal”.

Qeyd edək ki, hadisədən dərhal sonra xəstəxanaya aparılan Şahrudin Məhəmmədəliyevin başına 25 tikiş qoyulub.