12:09 17-04-2021
news_image
113
FUTBOL

Premyer Liqa rekordu – Keyndən

İngiltərə Premyer Liqasının XXXII turunda “Everton”un qonağı olan “Tottenhem” 2:2 hesablı bərabərə qalıb.

Apasport.az saytının məlumatına görə, qarşılaşmada dubl edən londonluların hücumçusu Harri Keyn Premyer Liqada qollarının sayını 164-ə çatdırıb.

Bununla İngiltərə millisinin üzvü Robbi Fauleri geridə qoyaraq çempionatda titulsuz oyunçular arasında ən çox qol vurma rekorduna yiyələnib. 2013-cü ildən “Tottenhem”in formasını geyinən Keynin komandasının ən yaxşı göstəricisi 2016/17 mövsümündə 2-ci yeri tutmaq olub.

Harri eyni zamanda Premyer Liqanın ən məhsuldar hücumçuları sıralamasında 7-ci pilləyə yüksəlib. Rekord 260 qolla Alan Şirerə məxsusdur.

Qeyd edək ki, “Tottenhem” hazırda Premyer Liqada 7-ci pillədə qərarlaşır.