13:54 17-04-2021
news_image
79
FUTBOL

Zidandan şans gözləyir – “Real”ın hücumçusu

“Real”ın hücumçusu Eden Azar zədəsini sağaldıb.

Apasport.az saytının məlumatına görə, belçikalı ulduz futbolçu artıq bir neçə gündür kollektivlə birgə məşqlərə qatılır.

Xüsusən də, axırıncı məşqi sona qədər komanda yoldaşları ilə birgə keçirib, eyni tempdə hazırlaşıb. Baş məşqçi Zinəddin Zidan şans verəcəyi təqdirdə 30 yaşlı forvard qarşıdakı görüşlərdə meydana çıxmağa hazırdır.

Qeyd edək ki, Eden Azar cari mövsüm İspaniya La Liqasında 9 oyun keçirib, 2 qola imza atıb.