12:41 17-04-2021
news_image
121
FUTBOL

İdarə Heyəti prezidenti istefaya çağırdı - “Qalatasaray”da gərginlik

“Qalatasaray”da İdarə Heyətinin önəmli simaları prezident Mustafa Cengizlə bir araya gəlib.

Apasport.az saytının məlumatına görə, vitse-prezidentlər Abdurrahim Albayrak, Kaan Kançal və Yusuf Günayın da iştirak etdiyi toplantıda 7 nəfər prezidentdən istefa verməyi tələb edib.

Onlar son günlər klub daxilində yaşananların həm “Qalatasaray”a, həm də Mustafa Cengizin səhhətinə mənfi təsir göstərdiyini əsas gətirərək, bu tələblə çıxış ediblər. Lakin klub rəhbəri bu fikirlə razılaşmayıb, növbəti seçkilərə qədər postundan ayrılmayacağını açıqlayıb. Gərgin keçən iclas fərqli fikirlərlə yekunlaşıb.

Qeyd edək ki, mayın 29-da keçiriləcək seçkilərdə Burak Elmas, Mətin Öztürk, Tuncer Hunca və Əşrəf Hamamcıoğlu prezidentliyə namizədliyini irəli sürüb.