14:43 17-04-2021
news_image
132
FUTBOL

“Bizdə bu problemlərdən çox olsun” - kapitan

“Yuventus”un kapitanı Corcio Kyellini A seriyasının XXXI turunda “Atalanta” ilə keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.

Apasport.az saytının məlumatına görə, 36 yaşlı müdafiəçi berqamoluların çətin rəqib olduğunu söyləyib.

Kyellini həmçinin son vaxtlar təndiq obyektinə çevrilən və “qoca sinyora”ya ciddi problem yaratdığı deyilən hücumçu Kriştiano Ronaldo barədə də danışıb: “Fiziki gücləri və texniki bacarıqları ilə fərqlənən “Atalanta” önündə dayanmalıyıq. Qvardiola haqlı idi, “Atalanta” ilə görüşmək diş həkiminə getmək kimidir. Kriştiano Ronaldo “Yuventus”un problemidirsə, bizdə bu problemlərdən mümkün qədər çoxunu görmək istərdim”.

Qeyd edək ki, “Atalanta” – “Yuventus” oyunu sabah keçiriləcək.