16:01 17-04-2021
news_image
99
FUTBOL

“Atalanta” ilə oyunu buraxacaq – “Yuventus” Ronaldonu itirdi

“Yuventus”un hücumçusu Kriştianu Ronaldo İtaliya A seriyasının XXXI turunda “Atalanta” ilə keçiriləcək oyunu buraxacaq.

Apasport.az saytının məlumatına görə, bunu “qoca sinyora”nın baş məşqçisi Andrea Pirlo deyib.

Çalışdırıcının sözlərinə görə portuqaliyalı superulduz zədədən əziyyət çəkdiyi üçün qarşıdakı görüşdə komandaya kömək edə bilməyəcək. Pirlo 36 yaşlı forvardı riskə atmamaq üçün bu qərarı verdiyini söyləyib. Əvəzində argentinalı hücumçu Paulo Dibalanın start heyətində meydana çıxması gözlənilir.

Qeyd edək ki, “Atalanta” – “Yuventus” oyunu sabah keçiriləcək.