18:27 17-04-2021
news_image
215
FUTBOL

Yeni klubundan istəyi - Aqueronun

“Mançester Siti”nin hücumçusu Serxio Aquero “Barselona” ilə danışıqları davam etdirir.

Apasport.az saytının məlumatına görə, kataloniyalılar argentinalı forvardla 2 illik müqavilə imzalamaq niyyətindədir.

Həmçinin “Tottenhem” də 32 yaşlı oyunçunun xidmətində maraqlıdır. Ancaq futbolçu özü yeni keçəcəyi klubdan 12 milyon avroluq maaş tələb edir. Bu isə İspaniya təmsilçisi üçün yüksək məvacibdir.

Qeyd edək ki, 2011-ci ildən “Mançester Siti”nin formasını geyinən Serxio Aquero mövsümün sonunda azad agent status alacaq.