19:57 17-04-2021
news_image
63
FUTBOL

Bakıda səfərdədir - Uels millisinin nümayəndələri

AVRO-2020-nin final mərhələsində 2 qrup oyununu Bakı Olimpiya Stadionunda keçirəcək Uels millisinin 8 nəfərlik nümayəndə heyəti Bakıya işgüzar səfərə gəlib.

Apasport.az saytının məlumatına görə, iki günlük səfər çərçivəsində təşkilatı məsələlərlə bağlı ətraflı müzakirələr aparılıb.

Uelsli qonaqlar məşqlərin keçirəcəyi meydanlara və komandanın məskunlaşacağı otelə baxış keçirib, həmçinin SOCAR-ın Bakı Olimpiya Stadionunda olublar.

Qeyd edək ki, Uels millisi AVRO-2020-nin A qrupunda iyunun 12-də İsveçrə, 16-də isə Türkiyə yığması ilə qarşılaşacaq. Hər iki oyun Bakı Olimpiya Stadionunda keçiriləcək.