20:17 17-04-2021
news_image
119
FUTBOL

Mövsümü başa vurdu - Filip Ozobiç

Premyer Liqanın XXIII turunda "Səbail"lə matçın ilk hissəsində zədələnərək əvəzlənən “Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiçin durumuna aydınlıq gəlib.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, xorvatiyalı futbolçu bu gün həkim müayinəsindən keçib.

Müayinədə Ozobiçin sol incik sümüyünün yuxarı 1/3 hissəsinin yerini dəyişməyən sınığı aşkarlanıb. Bununla yanaşı, əzələ toxumalarının həmin nahiyədə əzniyi və əzələarası hematoma müəyyən edilib. Bu səbəbdən orta sahə oyunçusunun mövsümün sonuna qədər oynamayacağı dəqiqləşib.

Qeyd edək ki, “Səbail” – “Qarabağ” oyunu 1:1 hesabı ilə başa çatıb.