22:04 17-04-2021
news_image
240
FUTBOL

Medallar təmin olundu - “Neftçi” də avrokuboklarda!

2021/22 mövsümündə Azərbaycanı avrokuboklarda təmsil edəcək daha bir komandanın adına aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqanın XXIII turunda “Zirə” üzərində 4:0 hesablı qələbə qazanan “Neftçi” minimum vəzifənin öhdəsindən gəlib.

Bununla xallarının sayını 46-ya yüksəldən flaqman ilk “üçlük”dəki yerini, yəni medalları təmin edib. Sona 5 tur qalmış “Sumqayıt”la “Zirə” “ağ-qaralar”dan 14 xal geridə olsa da, bu komandaların öz aralarında çıxış edəcəyini nəzərə alsaq, hər ikisinin “Neftçi”ni üstələməsi mümkün deyil.

Qeyd edək ki, 47 xalla Premyer Liqaya başçılıq edən “Qarabağ” da dünən avrokuboklara vəsiqəni rəsmiləşdirib.