22:13 18-04-2021
news_image

Növbəti bürünc - cüdoçumuzdan

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Apasport.az saytının məlumatına görə, 100 kq çəki dərəcəsində çıxış edən 22 yaşlı cüdoçumuz mübarizəyə 1/16 final mərhələsindən başlayıb.

O, avstriyalı Aaron Fara və macarıstanlı Jombor Veqi üzərində qələbə qazandıqdan sonra 1/4 finalda gürcüstanlı İlia Sulamanidzeyə uduzub. Bununla belə, Kotsoyev təsəlliverici görüşdə fransalı Siril Mareti üstələməyi bacarıb. 3-cü yer uğrunda qarşılaşmada onun rəqibi rusiyalı Niyaz İlyasov olub.

Görüşün başa çatmasına 1 dəqiqə 10 saniyə qalmış Kotsoyev rəqibini ipponla məğlub edib.

Beləliklə, Azərbaycan millisi Avropa çempionatını 2 bürünc medalla başa vurub.

Qeyd edək ki, daha əvvəl Kəramət Hüseynov (60 kq) da fəxri kürsüyə qalxıb.