09:27 19-04-2021
news_image
138
FUTBOL

Superliqa ilə bağlı bəyanat yaydı - ECA

Avropa Klublar Assosiasiyası (ECA) bəyanat yayıb.

Apasport.az saytının məlumatına görə, qurum bir sıra klubların yaratdığı Superliqaya münasibət bildirib.

ECA yeni yaradılmaqda olan liqanı qiyama bənzədib: “Qiyamçı Liqanın yaradılması ilə bağlı məlumatlar fonunda 246 aparıcı klubu birləşdirən Avropa klublar Assosiasiyası olaraq UEFA ilə əməkdaşlığa sadiq qalacağımızı bəyan edirik. Biz ötən həftə İcraiyyə Komitəsinin iclasında qəbul olunan mövqeyimizə əsaslanırıq. Təşkilatımız UEFA ilə birlikdə klub turnirlərinin yeni formatı üzərində işləmək öhdəliyinin üzərində dayanacaq”.

Qeyd edək ki, bunadək ECA-ya başçılıq edən “Yuventus”un prezidenti Andrea Anyelli istefa verib və Superliqanın vitse-prezidenti seçilib.