09:50 19-04-2021
news_image
74
FUTBOL

“Xalları silinsin, aşağı yerlərə göndərilsin” – Superliqanın yaradılmasına etiraz

Avropanın nəhəng klubları tərəfindən yaradılan Superliqa ilə bağlı narazılıqlar davam edir.

Apasport.az saytının məlumatına görə, xüsusən də, ingiltərəli futbol mütəxəssisləri bunun böyük futbola ciddi ziyan vuracağını düşünür.

İngiltərə yığmasının və “Mançester Yunayted”in sabiq müdafiəçisi Qari Nevill Superliqanın yaradılmasını biabırçı qərar adlandırıb. O, həmin turnirə qatılan komandaların ciddi cəzalandırılmasını istəyib: “Superliqa planı mədə bulandırıcıdır. 40 ildir “Mançester Yunayted” azarkeşiyəm. Dürüst olmaq lazımdırsa, sevimli klubum da daxil olmaqla bu günü zirvədəki klublardan almaq lazımdır. Bu, əsl acgözlülükdür. Həmin klub sahibləri acgözdürlər. Bu yüzillik klubları sevən və onlarla nəfəs alan azarkeşlər var. Koronavirus pandemiyası səbəbindən müflis olan klublar var. Superliqada iştirak edəcək klubların çempionatda xalları silinsin, aşağı yerlərə göndərilsin”.

Qeyd edək ki, İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko”, “Real”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klublarının Superliqada iştirakı təsdiqlənib.