09:53 19-04-2021
news_image
76
AVRO-2020

İki finalda oynayanlar – AVRO-2020-yə doğru

Avropa çempionatlarında iki dəfə final oyununa çıxan futbolçuların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) dərc etdiyi cədvəldə 22 oyunçu yer alıb.

Onlardan 14-ü bir dəfə qalib, bir dəfə məğlub olub. Belə futbolçulardan onu Almaniya (əvvəl AFR), üçü SSRİ, biri Portuqaliya təmsilçisidir. Yalnız 8 futbolçu iki finalda qələbə sevinci yaşayıb ki, onların hamısı İspaniya nümayəndələridir.

22 oyunçudan 21-i ardıcıl iki turnirin finalında şans qazanıb. Yalnız Kriştiano Ronaldo 12 ildən sonra həlledici matçın iştirakçısı olub.

Bu siyahıdan iki nəfər iki aydan sonra başlayacaq AVRO-2020-də də şans qazanacaq. İspaniyalı Serxio Ramos və portuqaliyalı Kriştiano Ronaldo 3-cü finalın arzusundadır.

Valentin İvanov

SSRİ

2

1960*, 1964

Lev Yaşin

SSRİ

2

1960*, 1964

Viktor Ponedelnik 

SSRİ

2

1960*, 1964

Frans Bekkenbauer 

AFR

2

1972*, 1976

Uli Höness

AFR

2

1972*, 1976

Zepp Mayer

AFR

2

1972*, 1976

Georq Şvarsenbek

AFR

2

1972*, 1976

Herbert Vimmer 

AFR

2

1972*, 1976

Bernhard Diets

AFR

2

1976, 1980*

Tomas Hessler

Almaniya

2

1992, 1996*

Tomas Helmer

Almaniya

2

1992, 1996*

Yurgen Klinsmann

Almaniya

2

1992, 1996*

Mattias Zammer 

Almaniya

2

1992, 1996*

Xavi Alonso

İspaniya

2

2008*, 2012*

İker Kasilyas

İspaniya

2

2008*, 2012*

Sesk Fabreqas

İspaniya

2

2008*, 2012*

Andres Inyesta

İspaniya

2

2008*, 2012*

Serxio Ramos

İspaniya

2

2008*, 2012*

David Silva

İspaniya

2

2008*, 2012*

Fernando Torres

İspaniya

2

2008*, 2012*

Xavi

İspaniya

2

2008*, 2012*

Kriştiano Ronaldo 

Portuqaliya

2

2004, 2016*