10:08 19-04-2021
news_image
2392
FUTBOL

PSJ Çempionlar Liqasının qalibi elan oluna bilər – SƏBƏB

Avropanın aparıcı klublarının Superliqa yaratması avrokubokların cari mövsümünün dayandırılması ilə nəticələnə bilər.

Apasport.az saytının məlumatına görə, FİFA və UEFA qaydalarına zidd gedən klublar Çempionlar Liqası və Avropa Liqasından dərhal kənarlaşdırılması gündəmə gəlib.

UEFA hər iki turnirlə bağlı qərarı bu gün verməyi planlaşdırır. Yarımfinal mərhələsi ərəfəsində turnirlər ya ləğv ediləcək, ya da təxirə salınacaq.

Hazırda UEFA-nın nəzərdən keçirdiyi əsas variant isə Çempionlar Liqasında mövsümü yekunlaşdırmaqdır. Yarımfinalda oynamalı olan üç qiyamçı klub – “Real”, “Mançester Siti” və “Çelsi” UEFA bayrağı altındakı turnirlərdən xaric olunmalıdır. Nəticədə kubok yarımfinal və final keçirilmədən PSJ-yə təqdim ediləcək.

UEFA-nın Avropa Liqası ilə bağlı planı da bəllidir. Superliqada oynamağa qərar verən “Arsenal”la “Mançester Yunayted” də bu turnirdən xaric ediləcək. Qiyamdan kənar qalan “Vilyarreal”la “Roma” arasında final görüşü ilə Avropa Liqasına yekun vurulacaq.