11:23 19-04-2021
news_image
69
FUTBOL

PSJ-nin Superliqaya qatılmamasını dəstəklədi – Fransa prezidenti

Fransa prezidenti Emanuel Makron ölkəsinin futbol klublarının yeni yaradılan Superliqaya qatılmaqdan imtinasına münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, ölkə başçısı bu addımı dəstəkləyib.

Bu, prezidentin mətbuat xidmətinin yaydığı açıqlamada əksini tapıb: “Prezident birlik və idman prinsiplərini pozmağa təhlükə yaradan Superliqaya qatılmaqdan imtina edən Fransa klublarını dəstəkləyir. Hakimiyyət Fransa federasiyası, liqası, UEFA, FİFA-nın milli və qitə miqyaslı yarışların birliyini qorumaq istiqamətindəki bütün addımlarını dəstəkləyir”.

Qeyd edək ki, Avropanın 12 klubu yeni Superliqanın yaradıldığını açıqlayıb. Fransa və Almaniya klubları bu turnirə qatılmayıb.