13:29 19-04-2021
news_image
146
FUTBOL

40 milyon təzminat verib, Joze Mourinyonu göndərdi – “Tottenhem”

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo istefaya göndərilib.

Apasport.az xəbər verir ki, bu barədə Britaniyanın “Telegraph” nəşri məlumat yayıb.

Portuqaliyalı mütəxəssisin vəzifəsindən kənarlaşdırılması London təmsilçisinin cari mövsüm uğursuz çıxış etməsi ilə əlaqələndirilib. Son olaraq XXXII turda “Everton”la bərabərə qalan (2:2) paytaxt təmsilçisi hazırda 50 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşır.

58 yaşlı mütəxəssis müqaviləsinə xitam verildiyi üçün 40 milyon avro təzminat alacaq. Maraqlıdır ki, Mourinyo indiyə qədər istefaya göndərildiyi klublardan 125 milyon avro təzminat qazanıb.

Qeyd edək ki, Joze Mourinyo 2019-cu ilin noyabrında “Tottenhem”ə baş məşqçi təyin olunmuşdu. Onun müqavilə müddəti 2023-cü ilin yayına qədər nəzərdə tutulurdu.