14:04 19-04-2021
news_image
93
FUTBOL

Superliqaya etiraz - Mourinyonun istefa səbəbi

Portuqaliyalı Joze Mourinyonun İngiltərənin “Tottenhem” klubundan istefasının səbəbi bəlli olub.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, mütəxəssis komandanı bugünkü səhər məşqinə çıxarmaqdan imtina edib.

Mourinyonun bu addımı “Tottenhem”in Superliqaya qatılmasına etiraz xarakteri daşıyıb. Portuqaliyalı rəhbərlik etdiyi komandanın yeni turnirdə iştirakı ilə razılaşmayıb.

Qeyd edək ki, Superliqada İngiltərənin 6, İspaniya və İtaliyanın hərəsindən 3 komanda mübarizə aparacağı dəqiqləşib.