14:43 19-04-2021
news_image
128
FUTBOL

Avropa Birliyindən etiraz - Superliqaya

Avropa Superliqasının yaradılmasına etirazlar davam edir.

Apasport.az saytının məlumatına görə, təkcə futbol ictimaiyyəti deyil, qitənin bir çox qurumu qiyamçı 12 klubun bu addımını pisləyib.

Hadisəyə hətta Avropa Birliyi Parlamenti də münasibət bildirib. Bu qərarı qınayan Parlamentin İdman Komissiyası Superliqanın idman dəyərlərini pozacağını açıqlayıb. 

Tvente Universitetinin professoru Tsjalle van der Burq Avropa Birliyinin mövqeyini bildirib: “Avropa Birliyi Müqaviləsinin 101-ci maddəsinə görə, rəqabəti məhdudlaşdıran bütün hərəkətlər qadağandır. Avropa Birliyi rəqabət qanununa qarşı məhdud bir təşkilat olan Superliqanı qadağan edir”.

Qeyd edək ki, Superliqada hələlik “Liverpul”, “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Çelsi”, “Arsenal”, “Barselona”, “Atletiko”, “Real”, “Milan”, “İnter” və “Yuventus”un iştirakı təsdiqlənib.