00:06 25-04-2021
news_image
429
AVRO-2020

Üç bombardir – AVRO-2020-yə doğru

Azərbaycan millisinin Avropa çempionatlarının seçmə mərhələlərindəki bombardirləri bəlli olub.

Apasport.az saytının məlumatına görə, iki ay sonra start götürəcək AVRO-2020 ərəfəsində açıqlanan siyahıya Qurban Qurbanov başçılıq edir.

Forvard qitə çempionatının seçmə oyunlarında cəmi 5 qol vurub. Ümumiyyətlə yalnız üç futbolçu 2-dən çox qola imza atıb. Qurbanovun izləyiciləri Vüqar Nadirovla Dmitri Nazarovdur.

1. Qurban Qurbanov - 5
2-3. Vüqar Nadirov - 3
2-3. Dmitri Nazarov - 3

Ruslan Sadıqov