22:08 19-04-2021
news_image
190
FUTBOL

Pirlonu kim əvəzləyəcək? – üç namizəd

Andrea Pirlonu istefaya göndərəcəyi gözlənilən İtaliyanın “Yuventus” klubunun baş məşqçisi postuna namizədlər bəlli olub.

Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi üç mütəxəssis arasında seçim edəcək.

Bunlar yerli çalışdırıcılardır. Hazırkı nəticələrdən narazı olan “Yuventus” rəhbərliyi Massimiliano Alleqri, Luçano Spaletti və Roberto Mançininin namizədliyini götür-qoy edir.

Qeyd edək ki, Pirlo ötən ilin yayında “Yuventus”un baş məşqçisi təyin olunub.