15:37 19-04-2021
news_image
208
AVRO-2020

Yenidən vaxt verildi – AVRO-2020-nin ev sahiblərinə

UEFA AVRO-2020-nin ev sahiblərinin təsdiqlənməsi ilə bağlı qərar tarixini yenidən artırıb.

Apasport.az saytının “Marca” nəşrinə istinadən məlumatına görə, buna səbəb təşkilatçı şəhərlərdən 3-ü ilə danışıqların hələ yekunlaşmamasıdır.

Qurum bugünkü iclasından sonra təşkilatçı şəhərlərin tam tərkibini açıqlamağı planlaşdırırdı. Lakin Münhen, Bilbao və Dublinin hələ də azarkeşlərlə bağlı təminat verməməsi üzündən qitə futbol qurumunun prezidenti Aleksandar Çeferin aprelin 23-də prosesin başa çatacağını açıqlayıb.

Qeyd edək ki, Bakı, Sankt-Peterburq, Budapeşt, Amsterdam, Buxarest, Kopenhagen, Qlazqo, London və Roma AVRO-2020 matçlarına azarkeşlərin buraxılmasına dair təminat verib.