17:12 19-04-2021
news_image
150
FUTBOL

“Liverpul”u boykot edəcəklər – azarkeşləri

“Liverpul”un Avropa Superliqasına qatılması klubun azarkeşlərinin narazılığı ilə qarşılanıb.

Apasport.az saytının məlumatına görə, “qırmızılar”ın fanat qrupu bu turnirdə iştirak qərarı səbəbindən “Enfild Roud” stadionunun qarşısına plakatlar asıblar.

Həmçinin bayraqlarını arenanın tribunalarından çıxartdıran fan-klub bununla bağlı bəyanat yayaraq “Liverpul”u boykot edəcəklərini vurğulayıb: “Rəhbərlər, klublar, menecerlər: həqiqətən də, klubların maraqlarını, yoxsa yalnız bank hesablarınızı düşünürsünüz? Tamahkar maraqlarını futbolun bütövlüyündən üstün tutan kluba dəstək olmayacağıq”.

Qeyd edək ki, Avropa Superliqasında “Liverpul”la yanaşı, “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Çelsi”, “Arsenal”, “Barselona”, “Atletiko”, “Real”, “Milan”, “İnter” və “Yuventus”un iştirakı təsdiqlənib.